Yevlaxda projektor da olacaq
- 15:00
- 44
Misli Premyer Liqasında sonuncu pillədə olan "Karvan" infrastruktur layihələrinə ara vermir.
Rekord.az xəbər verir ki, rəhbrəlik hazırkı ehtiyat meydançanın yerində 1500 nəfərlik stadion tikəcək.
Təbii örtüklü bu stadionda işıqlandırma sistemi də quraşdırılacaq. Bu haqda məlumatı saytımıza "Karvan"ın idman direktoru Elvin Əjdərli deyib. Onun sözlərinə görə, bundan sonra burada gecə məşqləri və oyunları keçirmək mümkün olacaq.