Fransanın "Renn" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az Liqa 1 təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 54 yaşlı mütəxəssis Frank Ezə həvalə edilib.


Tərəflər arasında müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.


"Renn" ardıcıl üç məğlubiyyətdən sonra Həbib Beyeni istefaya göndərmişdi.


Frank Ez buna qədər Fransada "Lans" və "Nitsa" kimi klublarda çalışıb.


“Renn" hazırda turnir cədvəlində 34 xalla 6-cı pillədə qərarlaşıb.