Gəncə Şəhər Stadionu dünyada ilin ən yaxşısı adına namizəd oldu!
- 20:09
- 53
Ötən il istifadəyə verilən Gəncə Şəhər Stadionu dünyada 2025-ci ilin ən yaxşı stadionu adına namizəd elan edilib. "Rekord.az" xəbər verir ki, StadiumDB.com saytının elan etdoyi nominasiyada 28 arenanın adı var.
Saytda martın 9-na qədər davam edəcək sorğuda hər kəs iştirak edə bilər. Gəncə stadionuna səs vermək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://stadiumdb.com/competitions/stadium_of_the_year_2025
Linkə keçid edib, stadionun adını taparaq qarşısındakı xanada olan 5 ulduza basmağınız gərəkdir.