Mehdi Hüseynzadə adına stadionda fevral ayında tikinti işləri bərpa olunmalıydı. Çünki iqtisadiyyat nazirliyi yanvar ayında arenaya baş çəkib işlərin yekunlaşması üçün nə qədər vəsaitin tələb olunduğunu dəqiqləşdirmişdi və gözlənilirdi ki, dövlət tərəfindən ayrılacaq vəsaitlə fevralda işlər bərpa olunacaq.

Rekord.az xəbər verir ki, hazırda stadionda işlər gedir.

Lakin hələ ki, bu işlər xırda-para işlərdi. Ciddi şəkildə yekun işlərə hələ dəstart verilməyib və güman ki, bu da söz verilən vəsaitin hələ də ayrılmaması ilə bağlıdır.