Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Heydərov Anar Bəhruz oğlunun ailəsi və qazilər – Xəlilov Elvin Bəxtiyar oğlu, Həmdullayev Tərlan Zakir oğlu, Ağacanov Qəhrəman Nəriman oğlu və Cəfərov Tural Nazim oğlu Novruz bayramı ərəfəsində idman ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət edilmişdir.

Rekord.az xəbər verir ki, görüş zamanı şəhidimizin ailə üzvləri və qazilər Novruz bayramı münasibətilə təbrik edilmiş, bayram sovqatları təqdim olunmuş və qayğıları dinlənilmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailə üzvləri və qazilərimizin hər zaman diqqət mərkəzində olduğu vurğulanmışdır.

Şəhidimizin ailə üzvləri və qazilər öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə ölkə və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.