
"Sumqayıt" onu yenidən geri qaytarmaq istəyir
- 30 May 2022 13:00
- 870
Samir Abasovun istəyi ilə "Sumqayıt"dan "Neftçi"yə transfer olunan Xəyal Nəcəfov heç cürə əsas heyət oyunçusuna çevirilə bilmədi. Son zamanlar isə, ümumiyyətlə, çox az halda oynamaq şansı qazanır. Özü də hazırkı durumundan narazıdır.
Rekord.az xəbər verir ki, bu durumdan istifadə edən "Sumqayıt" öz yetirməsini yenidən geri qaytarmaq istəyir.
Təbii ki, birbaşa transfer mümkün deyil. Çünki Nəcəfovun 2023-cü ilə qədər "Neftçi" ilə müqaviləsi var və onun təzminatını ödəmək Sumqayıt təmsilçisi üçün çətin olar. Amma 1 illik icarəyə götürmək olar. Lakin bir məsələ var ki, "Neftçi" hələlik Xəyalla bağlı son qərarını verməyəcək. Bunun üçün ilk növbədə baş məşqçisi məsələsi həllini tapmalı, daha sonra heyətlə bağlı suallar aydınlanmalıdır.