
"Sumqayıt" "Neftçi" önünə hücumçusuz çıxacaq
- 12 Mar 2022 15:45
- 521
"Sumqayıt" Azərbaycan Premyer Liqasında 19-cu turunda qarşılaşacağı "Neftçi" ilə görüşə ciddi itki ilə hazırlaşır.
Rekord.az-ın məlumatına görə, ölkə kuboku da daxil olmaqla, keçirdiyi son 10 oyunda qələbəyə həsrət qalan "gənclik şəhəri" təmsilçisi bakılılarla ev oyununda Əli Qurbaninin xidmətindən yararlana bilməyəcək.
İranlı hücumçu ötən tur "Zirə" ilə səfər matçında aldığı sarı vərəqəyə görə cəzalı duruma düşüb. Beləliklə, bu mövsüm çempionatda 4-cü dəfə vərəqə ilə üzləşən Azərbaycan millisinin üzvü "Neftçi" ilə səfər matçında forma geyinə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu martın 13-ü saat 18:15-də "Bakcell Arena"da baş tutacaq.