Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Keşlə” “Sumqayıt”ı qəbul edib. Əvvəlki turlarda “Neftçi” və “Səbail”ə uduzan “Keşlə”, Sumqayıt təmsilçisi ilə oyundan da məğlub ayrılıb.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
14-cü tur

22 yanvar

Keşlə – Sumqayıt 0:1
Qol: T.Mütəllimov, 3.
Qırmızı vərəqə: E.Mustafayev, 38.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”. 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tounkara, 9. Anatole Abanq, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.