
“Sumqayıt” heyətini amerikalı basketbolçu ilə gücləndirdi
- 06 Yan 2025 15:00
- 296
"Sumqayıt" heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sumqayıt təmsilçisi NTD-dən ayrılan Kolin Qolsonu transfer edib. Forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.