04-05 aprel 2023-cü il tarixlərində Bakı Olimpiya İdman Kompleksində 2016-2017; 2013-2015; 2011-2012; 2008-2010-cu il təvəllüdlü balalar, balacalar, yeniyetmələr və gənclər arasında bədii gimnastika üzrə “Ocaq Sport” klubunun 2-ci açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə iştirak edən Sumqayıt idmançılarından Nərgiz Qulizadə, Ayan Ağazadə qızıl, Xədicə Əliyeva, Aylin Hüsizadə gümüş, İnci İsmixanlı isə bürünc medallara sahib olmuşlar.

Bu naliyyət Sumqayıtın gimnastika tarixində ölkə daxilində ciddi uğur hesab oluna bilər. Qeyd edək ki, idmançıların məşqçisi Fatimə Qurbanovadır.