
"Sumqayıt" Futbol Akademiyasının türkiyəli rəhbəri də imtahandan kəsildi
- 10 Okt 2022 17:00
- 497
İki ildən artıqdın "Sumqayıt" Futbol Akademiyasına rəhbərlik edən türk əsilli Almaniya vətəndaşı Hakan Sünalın "Pro" kateqoriyası almaq cəhdi uğursuz olub.
Rekord.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi kurslara qatılan Sünal imtahandan keçə bilməyib.
"Pro" almaq üçün növbəti imtahana hazırlaşmalı olan türk məşqçinin Azərbaycanda qalıb bu imtahanlara hazırlaşacağı, yoxsa, Almaniyaya dönəcəyi hələlik məlum deyil.