"Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qruplarından ibarət komandaları cari mövsüm uğurlu çıxışı ilə yadda qalır.

Rekord.az xəbər verir ki, türkiyəli Hakan Sünalın rəhbərlik etdiyi akademiyanı müxtəlif yaş qruplarından ibarət komandaları ötən həftə növbəti oyunlarını keçiriblər.

U-10 komandası RİOEUGİM-u 13:1, U-11 "Siyəzən"i 3:1, U-12 isə "Səbail"i 5:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqəni təmin edib.  U-13 komandası "Sabah"a 1:2, U-14 komandası isə "Qarabağ"a 0:2 hesabl ilə məğlub olsa da, onlar da növbəti mərhələyə vəsiqəni təmin edib. Beləliklə, akademiyanın U-10-dan U-14-ə qədər olan beş komandasının hamısı final mərhələyə vəsiqə qazanıb.

Təqdim etdiyimiz bu video isə "Sumqayıt"ın U-11 komandasının Siyəzəndə yerli "Siyəzən"lə oyunundan çəkilib. Orxan Abdullayevin rəhbərlik etdiyi komanda səfərdə 3:1 hesablı parlaq qələbə qazanaraq növbəti mərhələyə bu cür vəsiqə qazanıb: