"Sumqayıt" Futbol Akademiyasında növbəti seçimlər
- 17 May 2023 10:30
- 457
"Sumqayıt" Futbol Akademiyasında növbəti seçimlər həyata keçirilib.
Rekord.az xəbər verir ki, 2015-ci ildə doğulmuş futbolçular arasında seçim aparılıb.
Seçimlərdə özlərini ən yaxşı tərəfdən göstərən balaca futbolçular U-8 komandasının heyətinə cəlb edilib. Seçilənlər arasında iki şəhid ailəsinin də övladları var. Hansı ki, seçimlərdə o qədər də yaxşı təsir bağışlamasalar da, akademiyanın məşqçiləri onları da komandaya cəlb ediblər.
Qeyd edək ki, seçilən uşaqlar bundan sonra məşqlərini Orxan Abdullayev və Məhəmməd Alıyevin rəhbərliyi altında davam etdirəcək.