"Sumqayıt" daha bir futbolçu ilə razılığa gəlib.

Rekord.az-a daxil olan məlumata görə, klubun prezidenti Riad Rəfiyev "Traktor" klubundan daha bir futbolçunun "Sumqayıt"a keçidinə razılıq alıb.

Təbii ki, icarə əsasında. Lakin bir problem var ki, sərhədlərin bağlı qalması həmin futbolçunun ölkəmizə gəlişinə problem yaradır. Cənubi Azərbaycandan olan həmin futbolçu ampluaca hücumçudur. Hazırda rəhbərlik avrokuboklara kimi onun keçidini həll etməyə çalışır.