Süleymanovun cəzası açıqlandı
- 06 Mar 2026 16:20
- 48
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xankəndi” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, komandası 50 manat cərimə edilib.
“Sheki City” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilib.
“Dinamo” – “Şirvan” oyununda “Dinamo” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilib. “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.