
Süleymanova Fransadakı turnirdə final vəsiqə qazandı
- 02 May 2025 19:00
- 57
Azərbaycanın daha bir təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Dünya Paraüzgüçülük Seriyasının gənclər kateqoriyasında finala vəsiqə qazanıb.
Rekord.az bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Könül Süleymanova (S4 kateqoriyası) 50 metr məsafəyə arxasıüstə üzmək üzrə finalda çıxış edəcək.
Daha əvvəl Əli Vəliyev həlledici raundda iştirak hüququ əldə edib.