Süleyman Şükürov ikinci görüşündə məğlub oldu
- 12:00
- 35
Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, o, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.
S.Şükürov növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb. 1/16 finalda yaponiyalı rəqibinə uduzan milli üzvü yarışda mübarizəni dayandırıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.