Azərbaycan taekvondoçusu Paris qran-prisində mübarizə aparacaq
- 12:40
- 34
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov (58 kq) Fransanın paytaxtı Parisdə keçiriləcək qran-pri turnirində iştirak eedəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında oktyabrın 9-da mübarizəyə qoşulacaq.
Oktyabrın 11-nə qədər davam edəcək Qran-pri Olimpiadaya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.
Yarışda beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Azərbaycanı hakim kimi təmsil edəcək.