AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin növbəti mövsümdə də postunda qalıb-qalmayacağı dəqiuqləşməyib.

Rekord.az xəbər verir ki, federasiya onu daha çox VAR sisteminin tətbiqi üçün postunda saxlamışdı.

Bu sistem isə bu mövüm tətbiq olunmadı. Növbəti mövsüm tətbq olunub-olunmayacağı da sual altındadır. Bundan başqa, avstriyalının işi də AFFA tərəfindən tam olaraq qənaətbəxş hesab olunmur. Çünki hakim səhvləri xeyli artıb, bu sahədə hansısa inkişaf nəzərə çarpmır. Bütün bunlar mövsümün sonunda müzakirə olunacaq və may ayının sonu avstriyalı ilə bağlı qərar veriləcək.