
Ştuxlik tələbəsinin biabırçılğını ört-basdır edib ÖZƏL!
- 25 Avq 2021 15:00
- 893
Məlum olduğu kimi, ötən ay Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb.
Rekord.az xəbər verir ki, o, I təsnifat mərhələsində keçiriləcək Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında oyunu idarə edib.
O vaxt bu təyinat haqda AFFA-nın rəsmi saytında xüsusi yazılmışdı. Sanki bunu, avstriyalının böyük zəhməti, əməyi kimi qələmə vermişdilər. Çünki hər kəs göəzl bilir ki, Məsiyev Ştuxlikin ən sevimli kadrıdır. Lakin təyinat haqda gen-bol yazılsa da, sonrası haqda söhbət açan olmadı. Söhbət Elçinin adlığı qiymətdən gedir.
Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Məsiyev oyunu çox aşağı səviyyədə idarə edib və görüşün hakim-inspektorundan aşağı qiymət alıb. Ştuxlik isə bunu ört-basdır etmək üçün Elçinin aldığı qiyməti hər kəsdən gizlədib. Maraqlıdır ki, məhz həmin oyundan sonra UEFA Məsiyevə təyinat vermir.