Seçmə komandanın üzvü Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.


Rekord.az xəbər verir ki, Onur bu məqsədlə milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.


"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək. Onur Quluzadə ardınca,  İsveçin Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.