Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar.


Bu barədə Rekord.az-a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.


Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar.


Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi altında "WTT Feeder Cappadocia" turnirində iştirak edəcəklər.


Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.