
Stolüstü tennisçilərdən Universiadada gümüş medal
- 07 Sen 2025 21:23
- 44
Stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıblar.
Rekord.az xəbər verir ki, komanda yarışlarında Qırğızıstan idmançılarına 3:0, Qazaxıstan təmsilçilərinə 3:1 hesabı ilə qalib gələn Mikayilova-Abdulhəmidova tandemi, finalda türkiyəli rəqiblərinə 1:3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Sayca üçuncu olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.