
Stolüstü tennisçilərdən beynəlxalq turnirdə bürünc medal
- 29 May 2025 19:40
- 54
Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində fəxri kürsüyə qalxıblar.
Rekord.az xəbər verir ki, milli komandanın üzvləri qarışıq-qoşa yarışında bürünc medal qazanıblar.
Mayın 28-də start verilən yarışa mayın 31-də yekun vurulacaq.