
Stolüstü tennisçilərdən beynəlxalq turnirdə 5 medal
- 21 Sen 2025 23:31
- 36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.
Rekord.az xəbər verir ki, bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.
Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Yarışın ilk günlərində Mirzəbalayeva ilə Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.