
Stolüstü tennisçilərdən 3 gümüş medal
- 16:45
- 34
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, o, fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.
Bu gün fərdi yarışların finalında digər azərbaycanlı idmançılar Adil Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, Mərziyə Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terexovaya 0:3 hesabı ilə məğlub olublar və gümüş medallarla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.