
Stolüstü tennisçilər Gürcüstana yollandılar
- 21:00
- 29
Yeniyetmə stolüstü tennisçilər Gürcüstanda keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, seçmə komandanın üzvləri Sofiya Trofimenko, Mehin Mirzəbalayeva, Xədicə Babazadə, Yasəmən Həbibova, Mehri Aslanzadə, Zərbah Muradov, Vaqif Babayev, Mirilkin Yusubov, Əliəkbər Mirzəliyev və Cəfər Almədədli məşqçilər Elnur Hidayətzadə və Billurə Eminovanın rəhbərliyi ilə Batumidə keçiriləcək "WTT Youth Contender" turnirində mübarizə aparacaqlar.
Sabah start veriləcək yarışa sentyabrın 21-də yekun vurulacaq.