Sponsoru "Ağsu"dan imtina etdi
- 07 Yan 2020 15:00
- 1186
Danışılmış oyunlarda iştirakda şübhəli bilindiyi üçün 14 futbolçusu futboldan kənarlaşdırılan "Ağsu"nun taleyi qaranlıq olaraq qalır.
Rekord.az-a daxil olan məlumata görə artıq sponsor da klubdan əlini çəkib.
Belə ki "AzGranat" şirkəti klubu maliyyələşdirməyəcəyini bilirib. Düzür rəsmi açıqlama olmayıb. Amma baş məşqçi Zaur Əsədov və yerdə qalan futbolçulara bu haqda məlumat çatdırılıb. Çünki baş verən biabırçılıq sponsorları çox əsəbləşdirib. Hər halda "Ağsu" ilə bağlı yekun qərar yaxın 1 həftə 10 gün ərzində veriləcək.