SOCAR-dan maliyyələşən 3 I Divizion təmsilçisi ciddi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, sportinfo.az bu barədə məlumatı AFFA-dan əldə edib.

Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, «Turan Tovuz», «Kəpəz» və «Zaqatala»ya maliyyə dəstəyi dayandırılıb.

Neft şirkəti AFFA-da audit yoxlaması apardığından, aylıq yardım paketinin nə vaxt bərpa olunacağı hələ məlum deyil. Aşağı dəstə komandaları artıq 2 aydır ki, vəsaitlə təmin olunmur.