Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhərin idarə və müəssisələri arasında keçirilən mini- futbol çempionatının qalibləri mükafatlandırılıb.

Rekord.az xəbər verir ki, qalib gələn komandalara Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlar təqdim olunub.

I yer - "Zeytun MMC"

II yer - "Şirvan Ticarət Mərkəzi" 

III yer - "Şirvan OİL"