"26 İyun – Narkomaniya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibətilə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 21 iyun 2025-ci il tarixində  İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı Kikboksinq idman klubunun yeniyetmə və gənc idmançıları arasında maarifləndirici tədbir keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, İsmayıllı Rayon Polis Şöbəsinin polis mayoru Rahim Orucov, İsmayıllı Kikboksinq idman klubunun direktoru Anar Həsənov çıxış ediblər.

Tədbirin əsas məqsədi gənclər arasında narkotik vasitələrin zərərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və narkobiznesin cəmiyyətə vurduğu fəsadlara diqqətin çəkilməsi olmuşdur. Çıxışlar zamanı iştirakçılara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qanunvericilik, narkomaniyanın fiziki və psixoloji təsirləri barədə geniş məlumat verilmiş, real həyatdan nümunələr əsasında müzakirələr aparılmışdır. Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.