Kaxaber Çxetiani vaxtı ilə Azərbaycanda futbol oynamış əcnəbilərdəndir.

Rekord.az xəbər verir ki, gürcü futbolçu 2008-2010-cu illərdə Zaqatalanın "Simurq" klubunda forma geyinib.

Hazırda UEFA-nın Pro kateqoriyasına sahibdir və məşqçilik fəaliyyəti ilə məşğuldur. Azərbaycanda da çalışmaq istəyir. Bizimlə söhbətində həm keçmiş günlərini yada saldı, həm  də ölkəmizdə işləmək istəyini dilə gətirdi: "Azərbaycanla bağlı gözəl xatirələrim var. 2008-2010-cu illərdə orda futbol oynamışam. "Simurq"u xoş təəssüratlarla xatırlayıram. Klubun rəhbəri Zaur müəllim idi (Zaur Axundov). Baş məşqçimiz isə Roman Pokora. O artıq dünyasını dəyişib. Gözəl kollektivimiz  var idi, iddialı klublara qarşı başabaş futbol oynayırdıq. Hətta avrokuboklara vəsiqə də qazanmışdıq. Ordakı dostlarımlla indi də əlaqə saxlayıram. Zaqataladan olan azarkeşlərlə indi də əlaqəm var. "Simurq"dan ayrılandan sonra demək olar ki, futbolla da vidalaşdım və məşqçiliyə başladım. İlk olaraq, Kutaisi "Dinamo"sunda köməkçi-məşqçi oldum. Daha sonra "Zeztafone"də də eyni postda çalışdım. 2014-cü ildə artıq Tbilisi "Dinamo"snda köməkçi məşqçi kimi işə başladım. Bir il sonra Gürcüstan millisinə də dəvət aldım. 2016-c ildə Kutaisi "Dinamo"na bu dəfə baş məşqçi kimi qayıtdım. 2020-ci ildə Tbilisi "Dinamo"nda da baş məşqçi oldum. Son olaraq Kolxeti "Poti"sində çalışdım. Məşqçilik dönəmimdə işimi ən yüksək səviyyədə görməyə çalışdım. B-dən başlayıb PRO kateqoriyasına kimi oxudum. Avrokuboklarda uğurlu nəticələrimiz oldu, "Torpedo" Kutaisi ilə Avropa Liqasında pley-off-a qədər getdik.  Hazırda həm Gürcüstandan, həm də ölkə xaricidən təkliflərim var. Sadəcə, iddialı komandada işləmək istəyirəm. Azərbaycandan təklif gəlsə, reaksiyam necə olar? Çox müsbət. Azərbaycanda işləməyi özüm də istərdim. Bu ölkədə futbol oynamışam, futboluna bələdəm, davamlı izləyirəm, bilirəm ki, yaxşı çempionatınız var, "Qarabağ" Avropada böyük uğur qazanıb. Təklif olarsa, mənmuniyyətlə gəlib işləmək istərdim. Amma dediyim kimi, təklif aldğım komandanın hədəfləri olmalıdır. Ciddi hədəfləri olarsa. hətta I Liqada da işləməyə etiraz etmərəm. Amma bilim ki, həmin komanda qarşıdına ciddi hədəflər qoyub".


Cxetiyano sonda Azərbaycan xalqına salam göndərməyi də unutmadı.