Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Sevilya” – “Qarabağ” matçının hakimləri məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Məhəmməd Əl-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beygi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Martin Strömberqsson yerinə yetirəcək.

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.