Şərur rayonunda kənd komandalarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş voleybol birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Alışar kəndinin voleybol meydançasında rellaşan yarışda 9 komanda qələbə uğrunda mübarizə aparıb. İlk üç yerin sahibləri kubok və diplomla təltif olunub.

Sıralama:

1-ci yer: Alışar kəndi

2-ci yer: İbadulla kəndi

3-cü yer: Püsyan kəndi