Şərurda “Heydər Əliyev İli” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin oğlanlardan ibarət atletləri arasında 100, 200 və 400 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 21 məktəbdən ümumilikdə 63 idmançı iştirak edib. İlk üç yerin sahiblərinə diplom təqdim edilib.

Qaliblər:

Emir Hüseynəliyev – 100 m

Suad Süleymanov – 200 m

Cəfər Yediyarlı – 400 m