Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş kikboksinq üzrə uşaq və yeniyetmələr arasında Şərur rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin idman zalında reallaşan birincilikdə 4 yaş qrupu üzrə 75 idmançı 25 çəki dərəcəsində mübarizə aparıb.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk üç yerin sahibləri diplomla təltif ediliblər.