05 aprel 2023 cü il tarixdə DSX-nin Füzuli rayon “N” saylı hərbi hissəsində Beyləqan, İmişli və Füzuli rayonlarının sərhədyanı kənd məktəbləri arasında “Sərhəd ” hərbi idman oyununun yarım final mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, yarışda iştirak edən gənclər sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, sərhəd pozucusunun yaxalanması və təxliyyəsi, hədəfə atəş açılması, yaralanmış sərhəd naryadının üzvünə ilk tibbi yardımın göstərilməsi və digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdirdilər.