29 mart 2023-cü il tarixdə Astara Sərhəd Komendantlığında Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Sektoru və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbiri giriş sözü ilə Lənkəran Sərhəd Dəstəsinin Şəxsi heyyət üzrə şöbənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Mehman Şükürov açıq elan etmişdir.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası-Dövlət himnini oxumuşlar. Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, RTŞ-nin Çağırışa qədər hazırlığı üzrə baş metodisti Rasim Cəfərov, Lənkaran Sərhəd Dəstəsinin Şəxsi heyət hazırlığı bölməsinin baş zabiti, mayor Samiq Sadıqov, Astara Sərhəd komentantlığının komandir müavini Amid Ağayev vətənpərvərlik tədbirinin əhəmiyyəti barədə çıxış etmiş və məktəbli gənclərə hərbi, fiziki və mənəvi tərbiyədə uğurlar arzulamışlar.

Yarışda 7 komanda- 35 nəfər məktəbli, 5 nümayəndə və 5 nəfər hakimlər heyyəti iştirak etmişdir.

Yarışda “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndirin dartılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, ”Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstəriməsi və onun təxliyyəsi” mərhələləri üzrə komandalar mübarizə aparmışlar.

I yerə Astara şəhər 3 saylı tam orta məktəb , II yerə Astara şəhər 4 saylı tam orta məktəb, III yerə Astara şəhər 2 saylı tam orta məktəb komandaları layiq görülmüşlər.

Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara Lənkaran Sərhəd Dəstəsinin, Astara rayon Təhsil Sektorunun, Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.

Astara rayon turunun qalibi – Astara şəhər 3 saylı tam orta məktəbin komandası 2023-cü ilin aprel ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcəkdir.