
Şəraitsizlik "Kəpəz"i paltaryumada da xərcə salır
- 05 May 2023 12:00
- 537
Şəraitsizlik "Kəpəz"in xərclərini birə iki artırır.
Rekord.az xəbər verir ki, xərci artıran məsələlərdən biri də paltaryuma ilə bağlıdır.
Belə ki, normal şəraiti olan əksər klubların bazalarında öz camaşırxanaları var. Hansı ki, futbolçuların geyimləri, digər zəruri geyim dəstləti məhz həmin camaşırxanada yuyulur. "Kəpəz"in isə belə bir imkanı yoxdur. Klubun bazası bərbad durumda olduğu üçün nıinki camaşırxanası, heç adi paltaryuyan maşını da yoxdur. Buna görə də rəhbərlik yuma şirkətlərinin biri ilə anlaşıb və futbolçuların məşq və oyun formaları həmin şirkətin camaşırxanasında yuyulur. Hər ay bunun üçün camaşırxanaya klubun büdcısinə görə heç də az olmayan vəsait ödənilir.