Son zamanlar tez-tez gündəmə gələn məsələlərdən biri də “Keşlə”nin baş məşqçisi Sənan Qurbanovun istefası məsələsidir. Hətta onun yerinə əcnəbi məşqçi axtarışının getdiyi də yayılan məlumatlar sırasındadır.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, Qurbanov mövsümün sonuna kimi postunda qalacaq.

Hətta deyilənə görə, klubun bossu Zaur Axundov bununla bağlı Qurbanova vəd də verib.

Qeyd edək ki, “Keşlə” hazırda turnir cədvəlində 6-cı pillədədir. Kubokda isə mübarizəni dayandırıb.