
Şəmkirdə üzgüçülük yarışı
- 13 İyn 2025 22:30
- 37
Qazax Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, 2 yaş qrupunda keçirilən yarışın yekunlarına əsasən 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Ziya Alməmmədov I yeri, Hüseyn Hüseynov II yeri, Xəqani Nəsibov III yeri tutub.
2011-2013-cü il təvəllüdlü uşaqlar arasında isə I yerə Raul Alırzayev, II yerə Ənvər Abdullayev, III yerə Yunis Yusifov layiq görülüb. Qalib idmançılar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunublar. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafəyə keçirilən yarışda ümumilikdə 21 nəfər idmançı iştirak edib.