
Şəmkirdə üzgüçülük turniri keçirilib
- 11:45
- 31
Şəmkir Olimpiya İdman Kompleksində üzgüçülük üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Şəmkir rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Pərvin Gözəlov və üzgüçülük üzrə məşqçi-müəllim Leysan Hüseynov çıxış edərək iştirakçılara qaydalar barədə məlumat verib və uğurlar arzulayıblar.
Yarışda 44 idmançı iştirak edib. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.