
Şəmkirdə taelvando turniri
- 10:30
- 27
Kür qəsəbə İdman Kompleksində 2011-2013, 2014-2016, 2017–2018-ci il təvəllüdlü idmançılar arasında Milli Qurtuluş Gününə həsr olunmuş taekvondo üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti ilə bağlı idmançılara ətraflı məlumat verilib.
Yarışda 43 idmançı iştirak edib. Qaliblər Şəmkir UGİM tərəfindən diplomlarla təltif olunublar.