
Şəmkirdə stolüstü tenni turniri
- 13 İyn 2025 22:05
- 35
Mayın 13-də Şəmkir Olimpiya İdman Kompleksində “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Milli Qurtuluş Günü haqqında idmançılarla aparılan söhbətlə başlayıb.
Yarışda 2011–2012 və 2014–2015-ci il təvəllüdlü 30 nəfər idmançı iştirak edib. Turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.