Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə "Şahin" hərbi-idman oyunun Şəmkir rayon məktəbləri arasında 4-cü ZONA yarışı keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 10 məktəb iştirak etmişdir:

 

1.Səməd Vurğun məktəbi

2.Ağlavaşlı məktəbi

3.Qılıncbəyli məktəbi

4.Qapanlı məktəbi

5.Qaracəmirli 1saylı məktəb

6.Qaracəmirli 2saylı məktəb

7.Könüllü 1saylı məktəb

8.Könüllü 2saylı məktəb

9.Rüstəm Əliyev məktəbi

10.Koltəhnəli məktəbi

Yarışın əsasnaməsinə uyğun olaraq hərbi-idman oyunu təşkil edilmişdir. Yarışda 1-ci yerə Koltəhnəli məktəbinin komandası, 2-ci yer Qapanlı məktəbinin komandası, 3-cü yer Könüllü 1saylı məktəbin komandası layiq görülmüşdür.

Qeyd edirik ki, hərbi-idman oyunu 5 orqanın birgə qərarı əsasında təşkil edilir. Yarışında keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi psixoloji və hərbi fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.

Qeyd edirik ki, Koltəhnəli məktəbin komandası rayon birinciliyinə vəsiqə qazanmışdır.