Şəmkir şəhər Güləş Məktəbində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Şəmkir rayonu üzrə Gənclər və İdman sektoru tərəfindən sərbəst güləş idman növü üzrə Şəmkir UGİM-nin daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə Şəmkir Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mgüləahmudov, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Əkbər Qasımov, Şəmkir rayonu üzrə Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimləri iştirak ediblər.

Yarışda 50 idmançı iştirak edibdir. Yarış oyunun Əsasnaməsinə uyğun olaraq aparılıb.