İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb.

Rekord.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib.

Qərar bu ilin yanvarın 1-dən qüvvəyə minib.

Xatırladaq ki, daha əvvəl bu məbləğ 1070 manat olub.