
Şəkidə qol güləşi üzrə turnir keçirilib
- 28 May 2025 10:00
- 71
"28 May Müstəqillik Günü" münasibətilə Şəki şəhərində Qol Güləşi üzrə turnir keçirilmişdir.
Rekord.az xəbər verir ki, turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki rayonu üzrə gənclər və idman sektorunun və Azadsport Qol Güləşi kulubunun təşkilatçılığı ilə keçirilmişdir.
Turnirdə Şəki şəhəri və ətrafı rayonlardan olan idmançılar iştirak etmişdir. Yarışda 90-a yaxın idmançı iştirak edib.
Qeyd edək ki, bu turnirdə qalib gələn idmançılar Bakı Şəhərində keçiriləcək Azərbaycan kubokuna vəsiqə qazanmışlar.