Şəkidə batut gimnastikası üzrə 9-cu ölkə birinciliyi təşkil olunub.


Rekord.az xəbər verir ki, yarış III MDB Oyunlarına hazırlıq xarakteri daşıyıb.


Birincilikdə "Ocaq Sport" Klubu və Bakı Gimnastika Məktəbinin idmançıları kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında fərdi və sinxron proqramlarda bacarıqlarını nümayiş etdiriblər.


Böyüklər yaş kateqoriyasında isə milli komandanın üzvləri nümunəvi çıxışlarla tamaşaçıların qarşısına çıxıblar.