“Şəfa”da daha üç ayrılıq
- 15:20
- 41
“Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq paytaxt təmsilçisində qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.
Hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.